Ümumdünya Səhiyyə Təşkilatı sionist İsrailin təzyiqi ilə boşaldılması tələb edilən Əl-Avda xəstəxanasının artıq səhiyyə xidməti göstərə bilmədiyini açıqlayıb. Xəstəxananın bağlanması mühasirədə olan bölgədə humanitar böhranı daha da dərinləşdirir.
Az.rasthaber.com xəbər verir ki, Qəzza zolağının şimalında yerləşən bölgədə fəaliyyət göstərən azsaylı səhiyyə müəssisələrindən biri olan Əl-Avda Xəstəxanası artıq xidmət göstərə bilmir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus verdiyi açıqlamada, İsrailin evakuasiya çağırışlarından sonra xəstəxananın tibbi qrupları və xəstələrin təhlükəsizlik səbəbi ilə müəssisəni tərk etmək məcburiyyətində qaldıqlarını bildirib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus X-də Qəzza zolağının şimalındakı Əl-Avda xəstəxanası ilə bağlı paylaşım edib.
"Qəzza zolağının şimalındakı Əl-Avda xəstəxanası bu gün evakuasiya əmrindən sonra xidmətdən çıxıb" deyən Qebreyesus, ÜST-ə Fələstin Səhiyyə Nazirliyi tərəfindən məlumat verildiyini bildirib.
Qebreyesus, 13-ü xəstə daxil olmaqla 97 nəfərin içəridə qaldığını və davam edən təhlükəsizliyə baxmayaraq, sabah xəstələri başqa bir müəssisəyə köçürməyi planlaşdırdıqlarını bildirdi.
Yolların yararsız olması səbəbindən xəstəxananın tibbi avadanlıqlarının daşınmasının mümkün olmadığına diqqət çəkən Qebreyesus bildirib:
"Əl-Avda xəstəxanasının bağlanması Qəzzanın şimalını işlək xəstəxanasız qoyur və oradakı insanlar üçün kritik həyat xəttini kəsir. ÜST xəstəxananın qorunub saxlanmasını, işçilərinin və xəstələrin təhlükəsizliyini tələb edir və mülki şəxslərin və səhiyyə xidmətlərinin fəal müdafiəsinə çağırışını təkrarlayır".
Qebreyesus xəstəxanalara əsla hücum edilməməsi və hərbi müdaxilə edilməməsi lazım olduğunu vurğulayaraq, Qəzzada atəşkəs çağırıb.
Əl-Avda Xəstəxanası rəhbərliyindən verilən yazılı açıqlamada, işğalçı İsrail ordusunun xəstəxana yaxınlığında partlayıcı robotları işə saldığı, xəstəxananın bina və obyektlərinə güclü atəş açdığı və təxliyyə əmri verdiyi açıqlanıb.