Qəzzada BMT-nin 8 məktəbi bombalanıb

Qəzzada BMT-nin 8 məktəbi bombalanıb

Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) cümə gecəsi İsrail ordusunun son iki həftədə Qəzzada bu təşkilata aid 8 məktəbi bombaladığını bildirib.

Az.rasthaber.com xəbər verir ki, UNRWA daha əvvəl elan etmişdi ki, Qəzzada müharibə başlayandan bəri agentliyin məktəblərinin təxminən 70%-i sionist ordusu tərəfindən vurulub.

Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi, müharibənin başlanğıcından bu yana Qəzza zolağında məktəblər və əlaqədar mərkəzlərin bombalanması nəticəsində 539 fələstinli qaçqının şəhid olduğunu vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR