Sionist rejimin şiddətli hücumlarını davam etdirdiyi Qəzza zolağında 84 gündə 106 fələstinli jurnalist şəhid olub.
Az.rasthaber.com xəbər verir ki, Qəzza hökumətinin Media İdarəsinin verdiyi bəyanatda sionist ordunun Qəzza zolağının mərkəzi hissəsindəki Ən-Nüseyrat Qaçqınlar Düşərgəsinə həyata keçirdiyi hücumda daha bir jurnalistin şəhid olduğu bildirilib.
Açıqlamada Əl-Qüds kanalının müxbiri Cebr Əbu Hedrusun hücumda şəhid olduğu, bununla da 7 oktyabrdan bu yana Qəzzada həyatını itirən jurnalistlərin sayının 106-ya yüksəldiyi bildirilib.
Media İdarəsinin əvvəlki bəyanatında sionist rejimin “Fələstin hekayəsini susdurmaq, faktları gizlətmək, xəbər və məlumatların regional və beynəlxalq ictimaiyyətə çatmasının qarşısını almaq üçün” Qəzzədə jurnalistləri qəsdən öldürdüyü bildirilib.