İşğalçı İsrailin Qəzzanı amansızcasına bombalaması nəticəsində Qəzza zolağında şəhid olanların sayı 8 mini keçib.
"Son 24 saat ərzində qurbanların sayı 300-dən çox artıb", - departamentin “Əl Hadat” telekanalına istinadən verdiyi açıqlamada deyilir.
Daha əvvəl 7,7 min nəfərin şəhid olduğu bildirilirdi.
Qeyd edək ki, oktyabrın 7-dən qaniçən İsrail rejimi Qəzzada mülki yaşayış binalarını, xəstəxanaları, məscidləri bombalayır. Bu hücumlar nəticəsində 19 min adam yaralanıb.