Oktyabrın 7-dən etibarən sionist rejimin Qəzza zolağına hücumlarında 66 jurnalist şəhid olub.
Az.rasthaber.com xəbər verir ki, Fələstin Jurnalistlər Birliyi sionist rejimin blokadada olan Qəzza zolağına hücumları zamanı şəhərdə olan jurnalistlər haqqında məlumat verib.
Açıqlamada işğalçı rejimin hücumlarında 6-sı qadın olmaqla 66 jurnalistin şəhid olduğu, 2 jurnalistin itkin düşdüyü, 31 jurnalistin isə İsrail həbsxanalarında saxlanıldığı bildirilib.
Birlik beynəlxalq insan haqları təşkilatlarını sionist rejimin jurnalistlərə qarşı qanun pozuntularını yaxından izləməyə çağırıb.
Fələstinin WAFA xəbər agentliyinin noyabrın 22-də dərc etdiyi xəbərdə sionist rejimin bombardmanları nəticəsində daha 2 jurnalistin şəhid olduğu, oktyabrın 7-dən bu yana davam edən hücumlarda şəhid olan jurnalistlərin sayının 64-ə çatdığı bildirilib.