Qəssam Briqadaları Qəzza zolağının mərkəzində 60 sionist əsgərin yerləşdiyi məntəqəni hədəfə aldıqlarını bildiriblər.
Az.rasthaber.com xəbər verir ki, HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları Qəzzada qırğınlar törədən işğalçı İsrail ordusuna müqavimət göstərir.
Əl Mayadeen televiziyasının məlumatına görə, HƏMAS-ın hərbi qanadı Qəssam Briqadaları Qəzza zolağının mərkəzində 60 sionist əsgərin yerləşdiyi bir nöqtəni hədəfə aldıqlarını bildiriblər.
Məsələ ilə bağlı Qəssam Briqadaları tərəfindən yazılı açıqlama verilib.
Bəyanatda deyilir: “Bu gün səhər saatlarında mücahidlərimiz 3 ədəd piyada əleyhinə partlayıcını dairəvi şəkildə yerləşdirərək, saat 0430-da mərkəzdəki Cuhr əl-Dik bölgəsinin şərqindəki çadırlarda 60 işğalçı əsgərin yerləşdirildiyi nöqtədə işə salıblar".
Açıqlamada Qəssam üzvlərinin partlayışdan sonra bölgəyə gedərək ikinci dəfə əsgərləri hədəfə aldıqları və "Mücahidlərin çox sayda işğal əsgərini öldürdükdən sonra sağ-salamat mövqelərinə geri çəkildikləri" ifadə edildi.
Sionist İsrail qüvvələri tərəfindən hələlik məsələ ilə bağlı heç bir açıqlama verilməyib.