İsrail rejimi və HƏMAS əsir mübadiləsi ilə bağlı razılığa gəlib. Qadın və uşaqların da olduğu əsirlər fələstinli əsirlərlə dəyişdiriləcək. Müvəqqəti atəşkəs bu gün səhər saat 8-dən başlayıb.
Az.rasthaber.com xəbər verir ki, Ərəb mediasının məlumatına görə, Qəzzada müvəqqəti atəşkəs bu gün səhər saat 8-də başlayıb.
Sionist İsrail və HƏMAS əsir mübadiləsi haqqında razılığa gəliblər. Qətər Xarici İşlər Nazirliyi atəşkəsin bu səhər saat 08.00-da başlayacağını açıqlayıb.
Razılaşmaya əsasən, 13 məhbusdan ibarət ilk qrup saat 17:00-da Qəzzadan çıxarılacaq.
Qəzzaya humanitar yardımlar da atəşkəslə başlayacaq. Qətər Xarici İşlər Nazirliyindən verilən açıqlamada bu atəşkəsin daimi olmasının nəzərdə tutulduğu da bildirilib.
Razılaşmanın bütün Qəzzanı əhatə edən hərtərəfli atəşkəs olduğu vurğulanıb.
Həmas hər gün Qəzza zolağına 200 yardım və 4 yanacaq daşıyan maşının daxil olacağını da bildirib.
Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Qəzzadan daha çox məhbusun azad edilməsinə imkan verəcək yeni razılaşma üçün danışıqları davam etdirməyə ümid etdiklərini bildirib.