Qəzzada 326 uşaq İsrail tərəfindən qətlə yetirilib

Qəzzada 326 uşaq İsrail tərəfindən qətlə yetirilib

İsrail qüvvələrinin Qəzza sektorunu bombalaması nəticəsində qətlə yetirilən dinc fələstinlilərin sayı ilə bağlı ən son məlumat açıqlanıb.

Az.rasthaber.com türk mediasına istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyindən məlumat verilib.

Belə ki, İsrail bombardmanları nəticəsində hərtərəfli blokada altındakı Qəzza sektorunda həlak olan mülki əhalinin sayı 1100 nəfərə çatıb.

İsrail qüvvələri tərəfindən qətlə yetirilən dinc fələstinlilərin 171-i qadın, 326-sı isə uşaqdır.

Bundan başqa, 744-ü qadın və 1217-si uşaq olmaqla, 5339 dinc fələstinli də yaralanıb.

Xəbəri paylaş

VİDEOLAR