Qəzza zolağının 40 faizini aclıq bürüyüb

Qəzza zolağının 40 faizini aclıq bürüyüb

Qəzza zolağı əhalisinin 40 faizinin aclıq təhlükəsi ilə üzləşdiyi bildirilib.

Az.rasthaber.com xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Qəzza üzrə direktoru Tomas Uayt agentliyin “X” sosial media platformasında paylaşım edib: “Qəzzada yemək və su tapmaq - həyatda qalmaq üçün hər gün mübarizə aparılır.

Qəzza zolağı fəlakətli aclıq yaşayır. Əhalinin 40 faizi hazırda aclıq təhlükəsi yaşayır. Həqiqət budur ki, Qəzza xalqı üçün daha çox yardıma ehtiyacımız var və qalan yeganə ümid humanitar atəşkəsdir”. 

Xəbəri paylaş

VİDEOLAR