Qəzza zolağında həyatını itirənlərin ümumi sayı açıqlanıb

Qəzza zolağında həyatını itirənlərin ümumi sayı açıqlanıb

İsrail ordusunun 7 oktyabr 2023-cü ildən Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı dünən 47 nəfər artaraq 43 min 922-yə çatıb.

Az.rasthaber.com xəbər verir ki, Qəzzada Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 408-ci günündə olan hücumları ilə bağlı məlumat verilib.

İsrail ordusunun dünən Qəzza zolağının müxtəlif bölgələrində həyata keçirdiyi “6 qətliam”da daha 47 nəfərin həyatını itirdiyi, 139 nəfərin isə yaralandığı bildirilib.

Qeyd olunub ki, İsrailin 7 oktyabr 2023-cü il tarixindən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 43 min 846-ya, yaralıların sayı isə 103 min 740-a yüksəlib.

Bəyanatda dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneə törətdiyi üçün tibb işçilərinin və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi təkrarlanıb.

Xəbəri paylaş

VİDEOLAR