Qəzza xəstəxanasının sözçüsü: İsrail Qəzzadakı evlərin 85 faizini dağıdıb

Qəzza xəstəxanasının sözçüsü: İsrail Qəzzadakı evlərin 85 faizini dağıdıb

Şəhid Əqsə xəstəxanasının sözçüsü Xəlil əd-Dəqran bildirib ki, işğalçı İsrail ordusu son təcavüzləri zamanı Qəzza zolağında mülki əhaliyə məxsus evlərin 85 faizindən çoxunu dağıdaraq əhalini faktiki olaraq didərgin salıb.

Azrasthaber.com xəbər verir ki, o, “Əl-Məsirə” telekanalına verdiyi açıqlamada Qəzza zolağındakı xəstəxanalarda elektrik enerjisinin kəsilməsinin təhlükəli nəticələri barədə xəbərdarlıq edərək vurğulayıb: “Tibb müəssisələrində elektrik enerjisinin dayanması, xəstələrin həyatına son qoymaq deməkdir.”

Əd-Dəqran həmçinin qeyd edib ki, sionist rejim xəstəxanaların fəaliyyət göstərməsi üçün zəruri olan yanacağın daxil olmasının qarşısını alır. Bu məsələ ən vacib tibbi avadanlıqların işləməsinə ciddi maneələr yaradıb və minlərlə insanın, xüsusilə də xüsusi qayğıya ehtiyacı olan xəstələrin həyatını təhlükə altına salıb.

O eyni zamanda Qəzza uşaqlarının acınacaqlı vəziyyətinə toxunaraq bildirib: “650 mindən çox uşaq mühasirənin fəsadları səbəbindən ağır qidalanma çatışmazlığı ilə üz-üzədir və hər gün həyatları təhlükə altındadır.”

Xəbəri paylaş

VİDEOLAR