İran İslam İnqilabının Rəhbəri İmam Sadiqin (ə) şəhadəti münasibətilə keçirilən əzadarlıq məclisində deyib: “Qəzza və Livan xalqı öz müqaviməti ilə əslində, hidayət imamlarının yolunda hərəkət edirlər.”
Az.rasthaber.com xəbər verir ki, Ayətullah Xamenei İmam Sadiqin (ə) şəhadəti ilə bağlı keçirilən əzadarlıq mərasimində deyib:
“İmamların yolu səbir və dözüm yolu, imamların dərsi məntiq və arqument dərsidir.”
Ayətullah Xamenei daha sonra bildirib:
“İmam Sadiqin (ə) həyatı ilahi əmrlərin yayılması baxımından təəccüblü, fövqəladə və uğurlu bir həyatdır. Qəzza və Livan xalqı öz müqaviməti ilə əslində, hidayət imamlarının yolunda hərəkət edir.”