Qəzza sektorunda bəşəriyyət tarixinin ən ağır dramlarından biri yaşanmaqdadır

Qəzza sektorunda bəşəriyyət tarixinin ən ağır dramlarından biri yaşanmaqdadır

Rasthaber Azərbaycan xəbər verir ki, bunu “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar sosial şəbəkə səhifəsində yazıb.

 “İsrail qadın, uşaq fərqi qoymadan məsum dinc insaları qətlə yetirir. Xəstəxanaları, məktəbləri, ibadətxanaları bombalayaraq hərbi cinayət törədir“, – deyə o qeyd edib.

Bayraktar deyib ki, bir zamanlar özləri soyqırıma məruz qalmış yəhudilər “bu gün (fələstinlilərə qarşı) soyqırımı törədərək haqq iddiası edir“.

Beynəlxalq ictimaiyyətin hərəkətə keçməsi, sülh və ədalətin təcili şəkildə bərqərar edilməsi lazımdır“, – deyə o vurğulayıb.

Bayraktar bildirib ki, “Baykar” şirkəti Qəzza xalqı üçün 280 milyon TL humanitar yardım etməyə hazırdır.

Bütün bəşəriyyəti Qəzzada yaşanan qətliamların dayandırılması üçün hərəkətə keçməyə dəvət edirik. Səssiz qalmaq bu qətliamlara şərik olmaq deməkdir“, – o əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR