Fələstin Hökumətinin Qəzzə üzrə İnformasiya Ofisi sionist rejim ordusunun Beyt Lahyada törətdiyi cinayətin qəsdən və əvvəlcədən planlaşdırılmış olduğunu vurğulayıb.
Az.rasthaber.com xəbər verir ki, Qəzzə üzrə İnformasiya Ofisi işğalçı rejim ordusunun Beyt Lahyadəkı yardım və media komandasına qarşı törətdiyi cinayəti qəsdən və əvvəlcədən planlaşdırılmış cinayət hesab edib.
İnformasiya Ofisinin bəyanatında bildirilir: “İşğalçı rejim ordusunun Beyt Lahya qətliamına bəraət qazandırması, rejim ordusunun cinayət törətdiyinə və daha sonra ictimai rəyi çaşdırmaq üçün yalan və bəhanə yaymağa əl atdığına işarə edir.”
Şənbə günü sionist rejim ordusu Qəzzə zolağının şimalındakı Beyt Lahya şəhərinə pilotsuz təyyarədən istifadə edərək təcavüzkar hücum həyata keçirib və nəticədə üçü jurnalist və bir neçə kameraman da daxil olmaqla doqquz fələstinli şəhid olub.
Fələstin mediası da fələstinli jurnalist Mahmud Əslimin hücumda şəhid olmasının videosunu yayıb.