Qəzza hücumunda ölənlərin sayı 25-ə çatıb

Qəzza hücumunda ölənlərin sayı 25-ə çatıb

Sionist rejim qüvvələrinin işğal altındakı Qəzza zolağına həyata keçirdiyi hücumlarda şəhid olanların sayı 25-ə çatıb.

Az.rasthaber.com xəbər verir ki, Qəzzada Səhiyyə Nazirliyindən sionist rejimin hücumları nəticəsində şəhid olan və yaralananlarla bağlı yazılı açıqlama verilib.

Bəyanata əsasən, mayın 9-u çərşənbə axşamından etibarən sionist rejimin Qəzzəyə həyata keçirdiyi hücumlarda şəhid olan fələstinlilərin sayı 25-ə, yaralıların sayı isə 76-ya çatıb.

İslami Cihad Hərəkatının hərbi qanadı Əl-Qüds Səriyyələri verdiyi yazılı açıqlamada raket bölməsinə rəhbərlik edən Əli Həsən Qalinin işğalçı rejimin hücumunda şəhid olduğunu təsdiqləyib.

Hərəkat daha əvvəl 3 yüksək rütbəli hərbçinin sionist rejimin hücumlarında şəhid olduğunu elan etmişdi.

Xəbəri paylaş

VİDEOLAR