Qəzzadakı Fələstin hökuməti son vaxtlar sosial şəbəkələrdə fələstinlilərin sionist İsrailin Ramon hava limanı vasitəsilə mühacirət edəcəkləri ilə bağlı şayiələrə qarşı ictimaiyyəti xəbərdar edib.
Az.rasthaber.com xəbər verir ki, hökumət bildirib ki, bu söz-söhbətlər Fələstin xalqının müqavimətini zəiflətmək və milli şüurunu hədəf almaq üçün sionist İsrailin “sistemli və məkrli kampaniyasının” bir hissəsidir.
"Biz Qəzza zolağından iddia edilən kütləvi köç planları ilə bağlı sosial mediada yayılan çaşdırıcı yazıları və məlumatları diqqətlə izləyirik. Görünür, bu məzmunlar bəzi mübahisəli şəxslər tərəfindən xarici elementlərlə əməkdaşlıq edərək yayılır və fələstinli ailələri Ramon hava limanı vasitəsilə müxtəlif ölkələrə getməyə təşviq edir", - hökumətin Media Ofisinin açıqlamasında deyilir.
Bəyanatda vurğulanır ki, bu məlumat tamamilə əsassızdır və “xalqın müqavimətini qırmağa, milli şüurunu zəiflətməyə, müharibə və sıxıntılar üzündən köçə məcbur etməyə yönəlmiş məkrli kampaniyanın tərkib hissəsidir”.
Media İdarəsi sözügedən məzmunun arxasında sionist İsrailin olduğunu və bu şayiələrin saxta hesablar, pis niyyətli insanlar və ya yanlış yönləndirilmiş hesablar vasitəsilə yayıldığını bildirib.