Qəzza Hökumət İnformasiya Ofisi: Humanitar yardımlar İsrailin şərikliyi ilə oğurlanır

Qəzza Hökumət İnformasiya Ofisi: Humanitar yardımlar İsrailin şərikliyi ilə oğurlanır

Qəzzədə Hökumət İnformasiya Ofisi bəyan edib ki, sionist rejim ordusu Qəzzə zolağında humanitar yardımı oğurlamaq üçün bəzi cinayətkar qruplarla koordinasiya edir.

Az.rasthaber.com xəbər verir ki, hökumət İnformasiya Ofisi vurğulayıb: “Sionist rejim ordusu humanitar yardımların bu zolaqda ehtiyacı olan insanlara çatmasının qarşısını alır.”

 

Bu informasiya agentliyi əlavə edib: “Qəzzə zolağındakı fələstinli silahlı qruplar və hökumət qurumları yardımın oğurlanması ilə mübarizə aparmaq və yardımların haqlı insanlara çatmasını təmin etmək üçün çox çalışırlar.”

 

Qəzzə zolağının İnformasiya Ofisi bildirib: “Sionist rejim ordusu dəfələrlə Fələstin polis qüvvələrinə və humanitar yardımların təhlükəsizliyi üzrə əməkdaşlarına hücum edib.”

Xəbəri paylaş

VİDEOLAR