BMT-nin Uşaq Fondunun (UNICEF) Baş katibi Ketrin Rassel Qəzza sektorunda İsrail ordusu tərəfindən qətlə yetirilən fələstinli uşaqlar barədə danışıb.
Az.rasthaber.com xəbər verir ki, o, 46 gündə İsrail hücumları nəticəsində 5 300 fələstinli uşağın öldürüldüyünü və deyərək sözügedən münaqişədə çox sayda dinc insanın qətlə yetirildiyinə diqqət çəkib.
Qəzzadakı ölümlərin 40%-nin uşaqların payına düşdüyünü deyən Rassel “belə bir halın daha öncə baş vermədiyini və Qəzzanın uşaqlar üçün dünyanın ən təhlükəli yeri olduğunu” qeyd edib.
Bundan başqa, İsrail hücumları nəticəsində çox sayda qadının da qətlə yetildiyini bildirib.