Qəzza böyük fəlakətlə üz-üzədir

Qəzza böyük fəlakətlə üz-üzədir

Pandemiya Qəzza sakinlərinin bunsuz da ağır olan vəziyyətini daha da pisləşdirib.

Rasthaber Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, İsrail tərəfindən blokadaya alınan və “dünyanın açıq səma altındakı ən böyük həbsxanası” adlandırılan Qəzza sektorunda işsizlik səviyyəsi pandemiyaya görə pik həddə çatıb.

Buradakı 2 milyondan çox fələstinli İsrailin illərdir davam edən mühasirəsinə görə ən çətin şəraitdə yaşamağa davam edir.

Pandemiya Qəzza sakinlərinin bunsuz da ağır olan vəziyyətini daha da pisləşdirib.

“EuroMed Rights” hüquq-müdafiə təşkilatının məlumatına görə, 2020-ci ildə Qəzzadakı işsizlik səviyyəsi 49%-ə, yoxsulluq səviyyəsi isə 56 faizə çatıb.

Qəzza Məşğulluq İdarəsinin məlumatına görə, pandemiya Qəzza əhalisinin rifahına mənfi təsir edib.

Qəzzadakı işsizlərin sayı 270 min nəfərə çatıb, onlardan da 140 min nəfəri ali təhsillidir. Bu barədə Əmək Nazirliyinin ictimaiyyət məsələləi üzrə rəsmisi Məhəmməd əl-Mucdəlavi bildiirb.

Onun sözlərinə görə, Qəzzadakı, demək olar ki, bütün müəssisələr pandemiyaya görə fəaliyyətsiz qalıb.

Qeyd edək ki, Qəzza əhalisinin 66%-dən çoxu İsrail işğalına görə öz tarixi torpaqlarını tərk etmək məcburiyyətində qalan fələstinli qaçqınlardır.

Xəbəri paylaş

VİDEOLAR