İsrail ordusunun bazar günü Qəzza zolağında "Əl-Əhli Əl-Ərəbi" xəstəxanasına hücumundan sonra, BMT baş katibinin sözçüsü Antonio Quterreşin dərin narahatlığını bildirib.
Az.rasthaber.com xəbər verir ki, o, əlavə edib ki, "Baş katib bazar günü İsrail qüvvələrinin Əl-Əhli Əl-Ərəbi xəstəxanasına hücumundan və onu sıradan çıxaran və Qəzza zolağında dağılmış səhiyyə sisteminə ciddi zərbə vurmasından dərin narahatdır".
Bazar günü gecə saatlarında İsrail qırıcıları Əl-Əhli Əl-Ərəbi (Əl-Məmədani) xəstəxanasına hücum edib və onun təcili yardım şöbəsinə iki raket atıb, xəstəxananın qəbul şöbəsinə, laboratoriyasına və apteinkə ciddi ziyan vurub.
Bu hücum indiyədək geniş qlobal qınaqla qarşılanıb, lakin bu hücumdan sonra İsrail ordusu bu cinayətə haqq qazandırmaq üçün xəstəxanadan hərbi məqsədlər üçün istifadə edildiyini iddia edir.