Birləşmiş Millətlər Təşkilatının Baş katibi "Qəzzanın 70 faizi"nin İsrail rejiminin məcburi təxliyyə əmri altında olduğunu və ya rejim ordusunun təyin etdiyi "qadağan olunmuş zona"da olduğunu açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Antonio Quterreş X sosial şəbəkəsində yazıb: "Mən çox narahatam, çünki yardımın çatdırılması hələ də dayandırılıb və bunun dağıdıcı nəticələri var. Mülki insanlara həmişə hörmət edilməli və qorunmalı və onların yaşaması üçün əsas ehtiyacları təmin olmalıdır".
O əlavə edib ki, Qəzzada saxlanılan israilli əsirlər dərhal və qeyd-şərtsiz azad edilməli və atəşkəs gecikdirilmədən həyata keçirilməlidir.