30.11.2023 13:40:19
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Qəzza zolağında Həmas-İsrail gərginliyi başlayandan bəri BMT-nin 111 əməkdaşının həyatını itirdiyini bildirib.
Az.rasthaber.com xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən Quterreş, “Bunu böyük kədər hissi ilə bildirirəm. “Qəzzada münaqişə başlayandan bəri bizim BMT ailəmizin 111 üzvü həyatını itirib.