Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Beynəlxalq Ədalət Məhkəməsinin (ICJ) İsrailə qarşı gördüyü müvəqqəti tədbirlərin bütün tərəflər üçün məcburi olduğunu bəyan edib.
Az.rasthaber.com xəbər verir ki, mövzu ilə bağlı BMT sözçüsündən açıqlama verilib.
Bəyanatda Quterreş Beynəlxalq Məhkəmənin "İsrail Qəzza sakinlərinə qarşı hər hansı qətl, hücum və ya dağıntı hərəkətlərindən çəkinməli və soyqırımın qarşısını almaq üçün bütün tədbirləri görməlidir" və “İsrail dövləti Qəzzada hərbi əməliyyatlarını dərhal dayandırmalıdır” hökmlərinin qeyd edildiyi bildirilib.
Bəyanatda Quterreş, Məhkəmənin İsrailin əsas xidmətlərin və humanitar yardımların daşınmasını təmin etməli olduğuna dair qərar verdiyini xüsusi olaraq qeyd edərək bildirib:
"Baş katib xatırladır ki, Məhkəmənin qərarları Məhkəmənin Nizamnaməsinə və Əsasnaməsinə uyğun olaraq bütün tərəflər üçün məcburidir və bütün tərəflərin Məhkəmənin qərarlarına əməl edəcəyinə inanır".
Bəyanatda qeyd olunub ki, Məhkəmənin Əsasnaməsinə uyğun olaraq, baş katib BƏM-in İsrailə qarşı gördüyü müvəqqəti tədbirləri BMT Təhlükəsizlik Şurasına ötürəcək.