Quranın yandırılmasına etiraz edən bir qrup İsveçin Bağdaddakı səfirliyinə basqın edib

Quranın yandırılmasına etiraz edən bir qrup İsveçin Bağdaddakı səfirliyinə basqın edib

İraqın paytaxtı Bağdadda Quranın yandırılmasına reaksiya verən bir qrup etirazçı İsveç səfirliyinə basqın edib.

Az.rasthaber.com xəbər verir ki, Bağdaddakı İsveç səfirliyinin binasına basqın edən iraqlı qrup əvvəlcə bağçaya daxil olub, sonra binanın damına çıxıb və “Qurana bəli” şüarları səsləndirib.

İraq təhlükəsizlik qüvvələri ətrafda sıx təhlükəsizlik tədbirləri görərək, hökumət binalarının və xarici nümayəndəliklərin yerləşdiyi Yaşıl Zonanı nəqliyyatın hərəkətinə bağlayıb.

Basqından əvvəl iraqlı nümayişçilər səfirlik binası qarşısına toplaşaraq etirazlarını bildiriblər.

İraqdakı dini və siyasi lider Müqtəda əs-Sədr də Qurana qarşı aksiyaya görə İsveçin Bağdaddakı səfirinin ölkədən çıxarılmasını və səfirlik qarşısında etiraz aksiyasının keçirilməsini istəyib.

Sədr Hərəkatı Nümayiş Komissiyasının liderlərinin çağırışından sonra verdiyi açıqlamada nümayişin sabah keçiriləcəyi bildirilib.

Qeyd edək ki, Ali Məhkəmə Şurasının sədri Faiq Zeydan Stokholmda Qurani-Kərimi yandıran iraqlının ölkəyə qaytarılması və mühakimə olunması üçün lazımi hüquqi tədbirlərin görülməsi barədə göstəriş verib.

Xəbəri paylaş

VİDEOLAR