Quran yarışları ötən gecə hafizlərin rəqabəti ilə davam edib - FOTO

Quran yarışları ötən gecə hafizlərin rəqabəti ilə davam edib - FOTO

İİR-nın 37. Beynəlxalq Quran Yarışları ötən gecə (8 Mart 2021) dünyanın 8 ölkəsindən Quran hafizlərinin rəqabəti ilə davam edib.

Rasthaber Azərbaycan İqna-ya istinadən xəbər verir ki, 9 Mart 2021 beynəlxalq Quran yarışları peşəkar Quran qiraətçilərinin iştirakı ilə davam edəcək.

İran İslam Respublikasının İslami Təbliğat Təşkilatının "Təfəkkür" toplantı salonundan idarə edilən 37-ci beynəlxalq Quran yarışları ötən gecə (8 mart) dünyanın səkkiz ölkəsindən yarışlara qatılmış Quran hafizlərinin rəqabəti ilə davam edib.

Mərasim "Səbilur-Rişad" dini nəğmə qrupunun İmam Rzaya (ə) xüsusi salavat zikrinin xor oxunuşu ilə başlayıb. Qrup bu salavatı Misrli ibtihalçı Məhəmməd Rəfətin səbki ilə oxuyub.

Daha sonra İran, Suriya, Livan, İndoneziya, İraq və Sudandan olan hakimlər heyətinin rəhbərliyi Quran hifzi yarışları başlayıb.

Bu yarışlarda Amerika, Cənubi Afrika, İraq, İran, Əfqanıstan, Liviya, Rusiya və Mavritaniyadan olan 9 iştirakçı Quranın hifzi üzrə rəqabət aparıblar.  

Ötən gecə yarış mərasimi iranlı beynəlxalq Quran qarisi Rəhim Xakinin tilavəti ilə başa çatıb. 

Xəbəri paylaş

VİDEOLAR