Şeyx Məhəmməd Hüseyn ad çəkməsə də bu açıqlama Səudiyyə, BƏƏ və Bəhreyn rəhbərlərinə də ünvanlanıb
Rasthaber Azərbaycan eastnews-a istinadən xəbər verir ki, Qüdsün müftisi Trampın Fələstinin işğalını leqallaşdıran "Əsrin sazişi" planını qəbul etməyi haram elan edib.
O, ABŞ-ın planını Allah və onun elçisinə xəyanət kimi qiymətləndirib.
Şeyx Məhəmməd Hüseyn, "Əsrin sazişi" adlı ABŞ planına qarşı çıxaraq bu planı qəbul etməyin haram olması barədə fətva verib.
O, qeyd edib ki, bu layihə ilə məşğul olanların hamısı Allaha, Onun peyğəmbərinə, Əqsa məscidinə, Qüdsə və Fələstinə xəyanət edib.
Şeyx Məhəmməd Hüseyn ad çəkməsə də bu açıqlama Səudiyyə, BƏƏ və Bəhreyn rəhbərlərinə də ünvanlanıb.