Qüdsdə İsrail əsgərlərinə hücum: 15 yaralı - VİDEO

Qüdsdə İsrail əsgərlərinə hücum: 15 yaralı - VİDEO

İsrail əsgərlərinin Qüdsdə küçənin ortası ilə rahat getməsinin sonu ağır nəticələr verib.

Rasthaber Azərbaycan "İslamazeri.com"a istinadən xəbər verir ki, 5-dən 6-sına keçən gecə İsrail əsgərləri Qüdsün keçmiş dəmiryol stansiyası adlanan yerdə qəfil avtomobillə hücuma məruz qalıblar.

Qolanı briqadasının 15 əsgəri hücum zamanı yaralanıb. İsrail mediası rəsmilərə istinadla bildirir ki, 13 əsgər yüngül xəsarət alıb, lakin 1 əsgər ağır halda reanimasiyaya çatdırılıb, digər bir əsgər isə orta ağır vəziyyətdədir.

Hücumu hələ ki, heç bir qrup öz üzərinə götürməyib. Hücumu həyata keçirən şəxsin isə hadisə yerindən qaçdığı və hazırda onun tutulması istiqamətində axtarışların davam etdiyi önə çəkilir.

Qeyd edək ki, Trampın "Əsrin sazişi" adlı Qüdsün tam olaraq İsrailə verilməsi və işğalın leqallaşdırılmasına qarşı yeni intifazənin başlanacağı ehtimal olunurdu.

Xəbəri paylaş

VİDEOLAR