O bildirib ki, sionistlərin hazırladığı hücumun məsuliyyətini İsrail rejimi daşıyacaq.
Rasthaber Azərbaycan İRNA-ya istinadən xəbər verir ki, Qüds müftisi və Əl-Əqsa məscidinin xətibi şeyx Məhəmməd Hüseyn sionistlərin Qurban bayramı ərəfəsində Əl-Əqsaya hücum çağırışlarının təhlükəliliyi barədə xəbərdarlıq edib.
Müsəlmanlara hücum çağırışlarının olduqca təhlükəli olduğunu deyən müfti bunun bütün müsəlman dünyasına qarşı bir addım olduğunu qeyd edib.
O bildirib ki, sionistlərin hazırladığı hücumun məsuliyyətini İsrail rejimi daşıyacaq.
Şeyx Məhəmməd Hüseyn beynəlxalq təşkilat və mərkəzləri, o cümlədən BMT, ərəb və İslam dünyası əl-Əqsa məscidinin və Fələstindəki müqəddəs məkanların müdafiəsinə qalxmağa səsləyib.
Qeyd edək ki, işğal edilmiş Fələstin torpaqlarında məskunlaşdırılan yəhudilər İsrail rejimi ordusunun dəstəyi ilə dəfələrlə əl-Əqsa məscidinə hücum ediblər.
Xatırladaq ki, HƏMAS hərəkatına sionistlərin bu planına reaksiya verərək bildirib ki, bu cür hərəkətlər böyük müharibəyə səbəb ola bilər və İsrail rejimi buna görə cavab verəcək.