Ayətullah Şeyx İsa Qasim Beynəlxalq Qüds Günü münasibətilə çıxışında deyib
Rasthaber Azərbaycan xəbər verir ki, Bəhreynin İslami Hərəkatının lideri Ayətullah Şeyx İsa Qasim Beynəlxalq Qüds Günü münasibətilə çıxış edib.
O çıxışında Bəhreyn xalqına xitab edərək “Sizlər inanc və cihadçı iradəsi qırılmış və parçalanmış bir millət deyilsiniz.”, -deyə bildirib.
Bəhreyn xalqının iradəsi ilə müqavimətini təqdirəlayiq hesab edən Ayətullah İsa Qasim deyib: “Bəhreyn xalqı batil ilə mübarizə və əmr-beməruf və nəyhyəz munkər qaydasını (yaxşılığa dəvət, pislikdən çəkindirmək) qırağa atan və zülmə qarşı olmayan bir xalq deyilsiniz. Bəhreyn xalqı oyanması lazım olan qəflət içində bir millət deyil”
“Heç şübhəsiz Beynəlxalq Qüds Günü bəsirət, agahlıq və müqavimət anlayışının artmasına səbəb olacaqdır.” – deyə Bəhreyn İslamçılarının lideri əlavə edib.