Qüds Günü - işğalçılara qarşı təsirli siyasi-psixoloji müharibə

Qüds Günü - işğalçılara qarşı təsirli siyasi-psixoloji müharibə

Bu gün Beynəlxalq Qüds Günüdür.

Rasthaber Azərbaycan xəbər verir ki, Mübarək Ramazan ayının sonuncu cümə günü bəzi müsəlman ölkəsində Qüds Günü kimi qeyd edilir.

Beynəlxalq Qüds Günüislam dünyəsində vacib siyasi və dini hadisələrdən biridir. Hər il Ramazan ayının son cümə günü qeyd edilən bu gün, fələstinlilərin haqlarının qorunması, İsrailin Fələstin torpaqlarında apardığı siyasətə etiraz və müqəddəs Qüds şəhərinin islam aləmi üçün əhəmiyyətinin vurğulanması məqsədi daşıyır.

 Beynəlxalq Qüds Günü ilk dəfə 1979-cu ildə İran İslam Inqilabının lideri Ayatullah Ruhullah Xomeyni tərəfindən elan edilib. Bu gün, Fələstin xalqının haqlarının dəstəklənməsi və Qüds şəhərinin islam dünyası üçün müqəddəsliyinin vurğulanması üçün bütün islam ümmətinə çağırış idi.

Hər il bu gündə bəzi islam ölkələrində və dünyanın fərqli regionlarında Qüdsün azadlığı, Fələstin xalqının haqları və İsrailin fələstinlilərə qarşı apardığı siyasətə etiraz olaraq işıqlandırma kampaniyaları, mitinqlər və yürüyüşlər təşkilatlandırılır. Bu gün İran başda olmaqla, İraqda, Yəməndə, Livanda, Pakistanda, Türkiyədə, Fələstində və digər ölkələrdə kütləvi olaraq qeyd olunur.

 Beynəlxalq Qüds Günü təkcə dini mahiyyət daşıyan bir hadisə deyil, eyni zamanda işğalçı süni rejimlərə qarşı siyasi və psixoloji mübarizənin simvoludur. Hər il bu gündə bəyanatlar, mitinqlər və aksiyalar vasitəsilə fələstinlilərin haqq sədasi daha gürc gəlir, işğal siyasətinin legitimliyi sorğulanır və beynəlxalq ictimaiyyət bu məsələdə səfərbər edilir.

  Beynəlxalq Qüds Günü siyasi aspektdən qlobal ictimaiyyətin diqqətini Fələstin məsələsinə yönəldən və bu problemin böyük siyasi müqavimət hərəkatına çevrilməsinə şərait yaradan bir vasitədir. Bu günü qeyd etməklə islami və anti-imperialist hərəkatlar süni rejimlərə məşruq tapşıq göndərir: işğal davam etdikcə, müqavimət də davam edəcək.

Qüds Günü eyni zamanda diplomatik arenada işğalçı rejimə qarşı təzyiqi artırır, beynəlxalq qətnamələrin yenidən diqqət mərkəzinə gətirilməsinə səbəb olur. Bu günün yaradıcısı Ayatullah Xomeyni onu təkcə bir etiraz günü deyil, siyasi bir hərəkat kimi də qəbul edirdi və bu hələ də belə davam edir.

 Beynəlxalq Qüds Günü təkcə siyasi deyil, həm də psixoloji bir mübarizədir. İşğalçı rejim böyük informasiya manipulyasiyalarına baxmayaraq, bu gündə fələstinlilərin məzlumluğu, ölkələrin səssiz qalması və Qüdsü azad etməyin vacibliyi gündəmə gəlir. Bu, işğal rejiminin psixoloji cəbhədə uğur qazanmasına mane olur və fələstinlilərə dəstəyi artırır.

Modern informasiya texnologiyaları, sosial media və qlobal mediada Qüds Günü kampaniyaları işğal siyasətinin legitimliyini sual altına qoyur. Trend olan haştaq kampaniyaları, böyük mitinqlər, siyasi liderlərin açıqlamaları, işğal rejiminin siyasi və psixoloji təcridini daha da gücəndərir.

Beynəlxalq Qüds Günü sadəcə bir anım günü deyil, bu, işğalçı rejimə qarşı davam edən siyasi və psixoloji mübarizənin bir hissəsidir. Hər il bu gündə fələstinlilərə dəstək səsləri artır, süni rejimlərin qeyri-qanuni siyasətləri ifşa edilir.

Bu gün, Qüdsün azadlığı üçün davam edən qlobal mübarizənin bir simvolu olaraq qalır.

Xəbəri paylaş

VİDEOLAR