İslami Təbliğat üzrə Koordinasiya Şurasının sədr əvəzi və Qüds və İntifazə Qərargahının sədri bu haqda danışıb
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İranda İslami Təbliğat üzrə Koordinasiya Şurasının Qüds və İntifazə Qərargahının sədri builki Ümumdünya Qüds gününün tədbirlərindən biri kimi İslam İnqilabının Böyük Rəhbərinin çıxış edəcəyini bildirib.
Briqada generalı pasdar Ramazan Şərif dünən Ümumdünya Qüds gününün tədbirlərinin elan olunması münasibətilə keçirilən mətbuat konfransında deyib: "Həmin gündə İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei Qüds barədə danışacaq."
İslami Təbliğat üzrə Koordinasiya Şurasının sədr əvəzi Nosrətollah Lotfi də bildirib ki, Ümumdünya Qüds günü tətil qəbul etməyən bir gündür.
"Bu il koronavirus epidemiyasına görə, Ümumdünya Qüds günü şəraitə uyğun formada keçiriləcək. Koronavirusla Milli Mübarizə Qərargahının ağ elan edəcəyi şəhərlərdə əhalinin iştirakı ilə fəal yürüşlər keçiriləcək. Bu yürüşlər könüllü və təbii şəkildə hərilki istiqamətlərdə keçiriləcək. Digər şəhərlərdə sosial məsafələrin saxlanılması ilə hərilki marşrutlarda yürüşlərin keçirilməsi, Ümumdünya Qüds günü yürüşünün əzəmətlə keçirilməsi üçün verilən təkliflərdəndir.", -deyə Nosrətollah Lotfi qeyd edib.