Qubad İbadoğlunun Facebook səhifəsi hakerlərin əlinə keçib

Qubad İbadoğlunun Facebook səhifəsi hakerlərin əlinə keçib

İki gündür ki, hakerlər İqtisadi Tədqiqatlar Mərkəzinin baş analitiki, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlunun Facebook səhifəsini ələ keçirməyə çalışıblar.

“Bu barədə 2 gün öncə Facebook profilimdə yazdım.  Dünən hətta qoruma vasitələrindən istifadə edib müdafiəni gücləndirdim. Amma fayda vermədi. Bu gün səhər mənə mesaj gəldi ki, mənim öz kompüterimdən istifadə yolu ilə şifrəm dəyişib. Bu o deməkdir ki, Azərbaycan hökümətinin hakerləri hətta Londonda da mənim kompüterimi mənimlə bərabər işlədir”, - İbadoğlu Turan-a deyib.

Hazırda alim öz şəxsi  Facebook profilinə, şəxsi səhifəsinə, ADR Hərəkatının və BİZ platformasının səhifələrinə  daxil ola bilmir.

“Son zamanlar mənim hakimiyyətə qarşı sərgilədiyim mövqe geniş ictimai rezonans doğurduğundan hakimiyyət bu vasitələrə əl atır”, - İbadoğlu bildirib.

Xəbəri paylaş

VİDEOLAR