Qətər Fələstin-İsrail məsələsi ilə bağlı mövqeyinin dəyişməz olaraq qaldığını bəyan edib.
Rasthaber Azərbaycan xəbər verir ki, Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman əl-Tani Dohada Fələstinin FƏTH hərəkatının rəsmisi Cibir ər-Rucubla görüş zaman bildirib ki, onun ölkəsi Fələstin məsələsinin ədalətli həllini dəstəkləyir.
Əl-Taninin sözlərinə görə, Qətər münaqişənin beynəlxalq hüquq normaları əsasında, Ərəb Sülh Təşəbbüsü çərçivəsində və “iki xalq üçün iki dövlət” prinsipinə uyğun həllinin tərəfdarıdır.
Xatırladaq ki, daha öncə Səudiyyə Ərəbistanının “Al Arabia” kanalı Qətərin İsraillə münasibətləri normallaşdırmaq istədiyini iddia edib, lakin rəsmi Doha bu iddiaları dərhal təkzib edib.