17.12.2019 11:49:46
Qətərin xarici işlər naziri Şeyx Muhəmməd Bin Əbdürrəhman al Sani, CNN telekanalına verdiyi açıqlamada; Səudiyyə ilə müzakirələrə başladıldığını bildirib.
Rasthaber Azərbaycan xəbər verir ki, Şeyx Muhəmməd Bin Əbdürrəhman al Sani müzakirələrin başlanğıc etapında olduğunu, yenidən etibar edilməsi üçün zamana ehtiyac olduğunu qeyd edib.
Qətərin xarici işlər naziri ixtilafların həll olunması üçün Fars Körfəzinin sahillərindəki Ərəb ölkələrinin istəklərinin araşdırılmasına baxmayaraq, Dohanın mühasirə zamanı Qətərin yardımına tələsən ölkələrin dəstəyini unutmayacağını önə çəkib.
Səudiyyə, BƏƏ, Bəhreyn və Misir 2017-ci ildə Qətəri terrora dəstəkdə ittiham edərək diplomatik əlaqələri dondurmuşdular. Onlar Türkiyə hərbi bazasının bağlanması, İranla əlaqələri zəiflətmək və Müsəlman Qardaşlar təşkilatı ilə əlaqələri kəsmək kimi 13 şərtlə tələblərini irəli sürmüşdülər.
İqtisadi problemlər və embarqo vaxtı İran, Türkiyə Qətərə böyük dəstək sərgiləmiş, beləliklə Qətər Səudiyyə rəhbərliyinin çətiri altından çıxaraq müstəqil siyasətə qədəm qoymuşdu.