Qəssam Briqadalarının sözçüsü: "İmam Xameneiyə minnətdarıq"

Qəssam Briqadalarının sözçüsü:

Qəssam Briqadalarının sözçüsü, Fələstinin bu təşkilatının İmam Xameneinin müqavimət və Fələstin xalqının davamlı dəstəklənməsinə yönəlmiş faktiki və açıq vurğulamasına görə minnətdar olduğunu bildirib.

Az.rasthaber.com xəbər verir ki, Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə açıqlamasında bildirib:
"Qüds günündə İran İslam İnqilabının Rəhbəri Seyid Əli Xameneinin Fələstin xalqı və onun müqaviməti haqqında ərəb dilində səmimi etdiyi çıxışı dinlədik. Qəssam Briqadaları olaraq, bu hisslərinə görə onlara təşəkkür edirik və müqavimət və Fələstin xalqının davamlı dəstəklənməsinə yönəlmiş faktiki və açıq vurğulamasına görə minnətdarlığımızı bildiririk".
Əbu Ubeydə həmçinin İran İslam Respublikası İnqilab Keşikçiləri Korpusunun komandanı general Səlamiyə də, Fələstin müqavimətini dəstəklədiyinə görə təşəkkür edib.

Xəbəri paylaş

VİDEOLAR