Qəssam briqadalarından İsrailə zərbə: 4 Hərbi Maşın məhv edildi

Qəssam briqadalarından İsrailə zərbə: 4 Hərbi Maşın məhv edildi

HƏMAS-a bağlı İzzəddin əl-Qəssam Briqadaları Qəzza zolağının şimalında İsrail ordusuna qarşı iki ayrı əməliyyat keçirdiklərini açıqlayıb. Briqadadan verilən açıqlamada hücumlar nəticəsində 4 İsrail hərbi maşınının və bir əsgərin zərərsizləşdirildiyi bildirilib.

Az.rasthaber.com xəbər verir ki, Qəssam Briqadaları öz Telegram hesablarında yaydıqları bəyanatda bildiriblər ki, “İyunun 20-də Qəzza zolağının şimalında Cibaliyanın şərqində iki Merkava tankı, bir zirehli transportyor və bir D9 buldozeri məhv edilib”.

Açıqlamada, "İyunun 23-də Qəzza şəhərinin Şücaiyyə məhəlləsinin şərqindəki Tell əl-Muntar yaxınlığında bir İsrail əsgəri Qəssam snayperi tərəfindən zərərsizləşdirilib" ifadəsi verilib.

Xəbəri paylaş

VİDEOLAR