HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları Telegram hesabından verdiyi yazılı açıqlamada Qəzza zolağının cənubundakı Xan Yunus və Beyt Lahiya şəhərlərində sionist İsrail hərbi maşınlarına dəyən ziyanla bağlı məlumat verib.
Az.rasthaber.com xəbər verir ki, açıqlamada qeyd olunub ki, 23 İsrail hərbi maşını sözügedən şəhərlərdə münaqişə bölgələrində qismən və ya tamamilə məhv edilib.
Açıqlamada Qəzza zolağına girən işğalçı İsrail qüvvələri ilə qarşıdurmaların bütün cəbhələrdə davam etdiyi, Qəssam snayperlərinin hədəf aldığı 6 İsrail əsgərinin öldüyü və ya yaralandığı bildirilib.
Digər tərəfdən, sionist rejimin dövlət televiziyası KAN-da yayımlanan xəbərdə Qəzzadan işğal olunmuş ərazinin cənubundakı Birussebi şəhərinə doğru 10 raket atıldığı bildirilib.