Qəssam briqadaları sionist hərbi maşınlarını məhv etməyə davam edir

Qəssam briqadaları sionist hərbi maşınlarını məhv etməyə davam edir

Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın hərbi qanadı İzzəddin Əl-Qəssam Briqadaları Qəzza zolağının cənubundakı Xan Yunus şəhərinin şərqində iki İsrail hərbi maşınının məhv edildiyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Qəssam Briqadalarının Telegram səhifəsində edilən yazılı açıqlamada bu ifadələr yer alıb:

“Qəssam Briqadaları Xan Yunusun şərqindəki əl-Fərəhin bölgəsinə sızmış iki sionist maşını məhv edib.

Sionist İsrail ordusuna məxsus hərbi maşınlar Yasin 105 raketləri ilə məhv edilib.

Digər tərəfdən, Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə dünən verdiyi açıqlamada, Qəssam Briqadalarının Əqsa tufanı əməliyyatı zamanı tanklar və personal daşıyıcıları da daxil olmaqla 24 sionist hərbi maşını məhv etdiyini bildirib.

Xəbəri paylaş

VİDEOLAR