HƏMAS-ın hərbi qanadı olan Şəhid İzzəddin əl-Qəssam Briqadaları sionist rejimin İordan çayının qərb sahilindəki cinayətlərinə və Tulkərmdə iki mübarizinin şəhid olmasına reaksiyasında işğalçıların İordan çayının qərb sahilindəki dəlicəsinə müharibəsinin bu rejimə heç vaxt təhlükəsizlik gətirməyəcəyini bəyan edib.
Az.rasthaber.com xəbər verir ki, Əl-Qəssam Briqadaları yaydığı bəyanatda bu briqadaların komandiri İhab Əbu Ativi və digər mübariz Ramiz Zəmirinin Tulkərmdə şəhid olması ilə bağlı başsağlığı verib.
Əl-Qəssam bəyanatında əlavə edib: “İşğalçı rejimin İordan çayının qərb sahilindəki dəlicəsinə müharibəsi heç vaxt ona təhlükəsizlik gətirməyəcək və şəhidlərin qanı müqaviməti gücləndirmək üçün stimul olacaq.”