HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları öz Telegram hesabında cümə axşamı günü İsrail qüvvələri ilə toqquşmalarla bağlı məlumat verib.
Az.rasthaber.com xəbər verir ki, açıqlamada Beyt Lahiyanın qərbinə sızmağa çalışan 5 İsrail cipinin “Yasin 105” tank əleyhinə raketlə hədəfə alındığı və onlardan 2-nin məhv edildiyi qeyd edilib.
Beyt Hanunda bir binada gizlənən İsrail əsgərlərinin də 12 ədəd “Yasin TBG” raketi ilə hədəfə alındığı və hücum nəticəsində binanın dağıldığı bildirilib. Hücum zamanı binada olan İsrail əsgərlərinin öldüyü və ya yaralandığı bildirilib.
Başqa bir açıqlamada isə səhər saatlarından etibarən qarşıdurmaların baş verdiyi bütün nöqtələrdə 21 İsrail hərbi maşınının tamamilə və ya qismən məhv edildiyi bildirilib.