Qəssam briqadaları İsrail hərbi maşınlarını məhv edib

Qəssam briqadaları İsrail hərbi maşınlarını məhv edib

Fələstin İslami Müqavimət HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları Qəzza zolağında sionistlərə məxsus 5 avtomobili məhv etdiklərini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Qəssam Briqadaları Telegram hesabından məsələ ilə bağlı verdiyi açıqlamada Qəzzanın şimalında Şatii Qaçqınlar Düşərgəsi və Əl-Şeyx Rıdvan bölgəsi yaxınlığında 4 İsrail hərbi maşınının "Yasin-105" tank əleyhinə raketlərlə məhv edildiyini bildirib.

Qəzzanın cənubunda Tel əl-Hevaya daxil olan sionist İsrail ordusuna aid bir tankın “Yasin-105” tank əleyhinə raketlə vurulduğu qeyd edilib.

Qəzzanın cənub-qərbindəki Cuhr əl-Dik qəsəbəsinə daxil olan işğalçı rejim əsgərlərinin hava topları ilə hədəfə alındığı bildirilib.

Xəbəri paylaş

VİDEOLAR