Qəssam Briqadaları işğalçı İsrail əsgərlərini pusquya saldı

Qəssam Briqadaları işğalçı İsrail əsgərlərini pusquya saldı

Qəssam Briqadaları Qəzzada işğalçı İsrail ordusunu məhv etməyə davam edir.

 


HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları Qəzza zolağında 8 İsrail əsgərinin yerləşdiyi tunelin girişinə döşənmiş minalarla partladığını açıqlayıb.

Qəssam Briqadaları tərəfindən edilən yazılı açıqlamada Qəzzanın mərkəzi hissəsində yerləşən Əl-Bureyc Qaçqınlar Düşərgəsinin şərqində 8 İsrail əsgərinin daha əvvəl mina qoyulduğu tunelə çəkildiyi, daha sonra da tunelin girişi partladılıb.

Onlar “Yasin 105” raketləri ilə İsrail tanklarını məhv ediblər.

Açıqlamada sözügedən əsgərlərdən bəzilərinin öldüyü, bəzilərinin isə yaralandığı, eyni bölgədə işğalçı İsrailin 2 “Merkava” tankının “Yasin 105” tank əleyhinə raketləri ilə hədəf alındığı və tankların alovlanaraq yandığı bildirilib.

Məsələ ilə bağlı sionist rejim tərəfindən heç bir açıqlama verilməyib.

 

Xəbəri paylaş

VİDEOLAR