Qəssam Briqadaları, rəsmi bir mərasim zamanı Xan Yunusun şərqində yerləşən Bəni Səhila bölgəsində İsrailin dörd əsirinin cəsədini təhvil verib
Rasthaber Azərbaycan xəbər verir ki, bu gün, cümə axşamı səhər, HƏMAS-ın hərbi qanadı olan Qəssam Briqadaları, rəsmi bir mərasim zamanı Xan Yunusun şərqində yerləşən Bəni Səhila bölgəsində İsrailin dörd əsirinin cəsədini təhvil verib. Bu əsirlər İsrailin Qəzza zolağına qarşı həyata keçirdiyi hücum zamanı İsrail qüvvələri tərəfindən öldürülüb.
Əl-Mənar kanalının Qəzza zolağındakı bürosunun rəhbəri İmad Eid bildirib ki, bu, hökumətinin raketləri ilə öldürülən israilli əsirlərin ilk partiyasıdır. O əlavə edib ki, bu cəsədlər ilkin olaraq Qəzzanın şərq sərhədində yerləşən bir İsrail hərbi bazasına aparılacaq və orada məhkəmə-tibbi ekspertizadan keçərək şəxsiyyətləri müəyyən ediləcək. Daha sonra isə fələstinli əsirlərin azad edilməsi prosesi həyata keçiriləcək.
Eid həmçinin vurğulayıb ki, növbəti şənbə günü digər öldürülmüş əsirlərin cəsədləri də təhvil veriləcək.
Əl-Mənar kanalının müxbiri bildirib ki, təhvilvermə mərasimində "Əqsa Tufanı" əməliyyatı çərçivəsində azad edilən bir çox fələstinli əsir və müxtəlif müqavimət qruplarının nümayəndələri iştirak edib.