HƏMAS-ın hərbi qanadı olan Qəssam Briqadalarının sözçüsü bildirib ki, üsyançılar işğalçılara ağır zərbələr endirməyə hazırdırlar.
Az.rasthaber.com xəbər verir ki, Əl-Cəzirə telekanalının məlumatına görə, Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə Telegram kanalında verdiyi mesajda bildirilib:
"Döyüşçülərimiz hələ də qəhrəmancasına döyüşür və düşmən qüvvələrini nə vaxt, harada və necə istəyirlərsə, əminliklə öldürmək üçün dəqiq pusqular qururlar".
Əbu Ubeydə sözlərinə belə davam edərək dedi:
“İgidlərimizin Beyt Hanundan Rəfaha qədər döyüş meydanında göstərdikləri qəhrəmanlıq İslam ümmətinin bütün gəncləri və qüvvələri üçün qürur mənbəyi, hərbi möcüzə və dəlildir”.
Qəssam Briqadalarının sözçüsü deyib:
"Döyüşçülərimiz döyüş tunellərində və müdafiə pusqularında döyüşməyə hazırdırlar və qələbə və ya şəhadətə qədər müqavimət göstərmək üçün bir-birlərinə beyət ediblər".