İran İslam Respublikası Xarici İşlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Baş direktorunun sionist rejimin nüvə silahları ilə bağlı etirafına münasibət bildirərkən bu agentliyin İranla bağlı ikili davranışını xatırladaraq deyib: “Qrossinin İranın nüvə silahının yayılması ehtimalına işarə etməsi tamamilə qeyri-peşəkar və siyasi mövqedir.”
Az.rasthaber.com İrna-ya istinadən xəbər verir ki, Kazim Qəribabadi cümə axşamı günü X sosial şəbəkəsindəki səhifəsində paylaşdığı mesajda Beynəlxalq Atom Enerjisi Agentliyinin Baş direktoru Rafael Qrossinin son açıqlamasına münasibət bildirərək vurğulayıb: “Agentliyin baş direktorunun ilk dəfə olaraq sionist rejimdə nüvə silahının mövcudluğunu etiraf etməsi əhəmiyyətli və vacib məsələdir. Təbii ki, bu etiraf onun və agentliyin vəzifəsini çox ağırlaşdırır. Sadəcə etiraf kifayət deyil, o, bu cinayətkar rejimin əlində belə silahların olmasını pisləməli və onların məhv edilməsini, həmçinin bu rejimin Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə qoşulmasını tələb etməlidir.”
O, Qrossinin (İran tərəfindən) nüvə silahının yayılmasının mümkünlüyü ilə bağlı iddiasını tamamilə qeyri-peşəkar və siyasi mövqe kimi qiymətləndirib və vurğulayıb ki, agentliyin baş direktoru siyasi motivli ölkələrin siyasi rəsmiləri kimi ehtimal və gümana əsaslanaraq, məqsədəuyğun hesab etdiyi hər şeyi deyə bilməz.
Diplomatik qurumun hüquq və beynəlxalq məsələlər üzrə müavini mesajının sonunda qeyd edib ki, İran müşahidə öhdəliklərinə sadiqdir, nə qədər ki, təzyiq sanksiyaları qüvvədədir, mandatlı öhdəliklərindən kənara çıxan daha çox nəzarəti qəbul etməyəcək. Buna görə də, Baş direktor yoxlama zamanı nüvə materiallarının kənara çıxmasını müşahidə edərsə, bunu sənədləşdirə bilər, lakin öz gümanı əsasında danışa bilməz.