Rusiya Təhlükəsizlik Şurasının rəhbəri çərşənbə günü bildirib ki, Rusiya nüvə müharibəsini və nüvə gücləri arasında hərbi qarşıdurmanı qəbul etməmək prinsipinə sadiqdir.
Az.rasthaber.com "İslamTimes"a istinadən xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşev Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Milli Təhlükəsizlik Şuraları katiblərinin Yeni Dehlidə keçirilən iclasında deyib: Rusiya nüvə gücləri arasında hərbi münaqişənin qarşısının alınmasının vacibliyinə əmindir.
Lakin o, xəbərdarlıq edib ki, Qərbin Ukraynadakı "təxribatçı davranışı" "fəlakətli nəticələrə" səbəb ola bilər, çünki bu, beş nüvə dövlətinin 2022-ci il yanvarın 3-də nüvə müharibəsinin yolverilməzliyini təkrarlayan birgə bəyanatına ziddir.
“Rusiya, öz növbəsində, bu bəyanata tam sadiqdir və məzmununa uyğun olaraq, nüvə silahına malik dövlətlər arasında hərbi münaqişənin qarşısının alınmasının zəruriliyinə əmindir”, - Patruşev vurğulayıb.