"Qərbin qadınlara qarşı aşağılayıcı baxışı var"

"Qərbin qadınlara qarşı aşağılayıcı baxışı var və Qərb ölkələrində qadınların azadlığından və hüquqlarından danışmaq sadəcə oyundur"

Az.rasthaber.com xəbər verir ki, bunu İranlı mütəfəkkir və Mədəni İnqilabın Ali Şurasının üzvü Rəhimpur Əzqədi deyib.

Rəhimpur Əzqədi Məşhəddə keçirilən “İslam, Qərb və qadın məsələsi” mövzusunda keçirilən xüsusi iclasda deyib:

"Problemlərdən biri də budur ki, Qərb öz problemlərini bizə nurlu formada təqdim edir. 

Bu gün Qərbdə qadınlara qarşı ayrı-seçkiliyin adı və rəngi dəyişsə də, mənşəyi eyni olaraq qalır. 

İndi Avropada İslamdan əvvəl qadınlara qarşı olan davranış hakimlik edir.

Korrupsiya və ailələrin məhv edilməsi Qərbdə insanları tək qoyub.

İslamda qadın çox yüksək və dəyərli bir mövqe tutur və heç nəyə məcbur edilə bilməz. Evlilikdə ən böyük məsuliyyət kişiyə aiddir.

Bizim fiqhimizdə qadınları evin içində və ya xaricində işləməyə belə məcbur etmək olmaz, yəni ana hətta uşağını əmizdirmək üçün pul da istəyə bilər”.

Xəbəri paylaş

VİDEOLAR