Fars Körfəzinin "Bid Bolənd" qaz emalı zavodu Qərbi Asiya bölgəsinin ən böyük qaz emalı zavodu olaraq, İran prezidenti Həsən Ruhaninin göstərişi ilə bu gün İranın Xuzistan vilayətində istifadəyə verilib.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir, Fars Körfəzinin "Bid Bolənd" qaz emalı zavodu İran tarixinin ən böyük layihələrindən biridir ki, sanksiyaların ən yüksək dövründə yerli mütəxəssislər tərəfindən inşa edilib və əsas funksiyası neftlə qarışıq olan qazları ayırmaq və onu neft-kimya komplekslərinin istifadəsi üçün uyğun bir hala gətirməkdir.
Fars Körfəzinin "Bid Bolənd" qaz emalı zavodu 3 milyard 400 milyon dollar investisiya ilə və 36 aydan az bir müddətdə daxili imkanlar hesabına işə salınıb.
Fars Körfəzinin "Bid Bolənd" qaz emalı zavodu 2020-ci ildə dünyanın üçüncü super layihəsi seçilib və İranın neft sənayesi tarixində qəzasız layihə rekorduna sahibidir.
Bu neftayırma zavodunun istifadəyə verilməsi İran üçün hər il 700 milyon dollardan çox gəlir gətirəcək.