Berlinin İmam cüməsi, höccətülislam vəl müslimin Şeyx Səbahətdin Türkyılmaz Qərbi Asiyada baş verən son proseslərdən sonra yeni dönəmlə bağlı məqalə yazıb.
Şeyx Səbahətinin yazısında deyilir:
"Həm batil, həm də haqq cəbhəsi üçün Qərbi Asiya bölgəsində yeni bir dövr başlayır.
İndiyə qədər gəlinən nöqtəni xülasə edək:
- Dirəniş cəbhəsinin uğurları:
-
Dirəniş cəbhəsi, sionist rejimin genişlənmə planını dayandırdı.
-
ABŞ və imperialist gücün Böyük Orta Şərq Layihəsi uğursuz oldu, bu sahədə müsəlmanları oyandırdı.
-
Fələstin məsələsinin yeganə müdafiəçisi oldu, heç bir gözlənti olmadan fədakarlıq göstərərək dirənişi canlı saxladı.
-
Sionist rejimin həqiqi üzünü dünya xalqlarına göstərdi.
-
Dünya xalqlarının ayılmasını təmin edib, zulm və qətliama qarşı səsini yüksəltmələrini təmin etdi.
-
Sionist cəbhənin toxunulmaz və məğlubedilməz tabusunu sındırdı.
-
Zulm və istismara qarşı mübarizədə möminlərə və məzlumlara cəsarət qazandırdı.
-
Ən önəmlisi, zulm, ədalətsizlik, istismar və işğallara qarşı dirəniş ruhunu canlandırdı.
Nəticə etibarilə; İran, qlobal imperialist/sionist cəbhəsinin ən azından Qərbi Asiya qolunu kəsib zədələyəcəkdi. Fırsat yaranmışdı ki, sionist rejimə Qəzza və Livana toxunmayacaq şəkildə dərs verilsin, amma bu an üçün baş vermədi.
Və ya qlobal sionist güclər, İranın Qərbi Asiya coğrafiyasındakı təsirlərini kəsib zəiflədəcəkdi. Bunu müvəqqəti olaraq bacardılar demək olar. Müqavimət cəbhəsinin bu uğurları qlobal istismarçı sistem tərəfindən qəbul edilə bilməzdi və buna görə hər cür gizli plana, fitnəyə əl atmağa çəkinmədilər."