Qərb sahilində baş verən atışmalarda İsrail qüvvələrinin bir polkovniki yaralanıb

Qərb sahilində baş verən atışmalarda İsrail qüvvələrinin bir polkovniki yaralanıb

Fələstinin işğal altındakı İordan çayının qərb sahilinin Nablus şəhərində baş verən atışma nəticəsində, bir polkovnik və bir neçə yəhudi mühacirin yaralandığı bildirilib.

Az.rasthaber.com MEHR-ə istinadən xəbər verir ki, dünən axşam saatlarında, Nablusun şərq hissəsindəki bir bölgəyə yəhudi mühacirlər tərəfindən təşkil edilən basqın səbəbiylə, Fələstin əhalisi ilə işğalçı qüvvələr və onların partizan qüvvələri olan yəhudi mühacirlər arasında şiddətli toqquşmalar baş verib.

Yerli mənbələrin məlumatına görə, yəhudi köçkünlərin "Yusifin məzarı" adlı türbədə talmud ayinləri keçirməsinə şərait yaratmaq üçün, işğalçı qüvvələr 30 maşın, o cümlədən hərbi buldozerlə əraziyə basqın edib.

İsrail qüvvələri "Yusifin məzarı" türbəsinin ətrafına yayılaraq, Əmman küçəsindəki evlərin damlarına snayperlər yerləşdirib.

Gənclərin təkərləri yandıraraq "Yusifin məzarı"na aparan küçələri bağladıqları və işğal qüvvələrinin də gözyaşardıcı qaz bombalarından istifadə etmələri nəticəsində qarşıdurma şiddətlənib.

Aralarında 4-ü uşaq olmaqla, çox sayda insan qaz bombası səbəbiylə nəfəs darlığı keçirib və müalicə üçün Rividya Xəstəxanasına aparılıb.

Xəbəri paylaş

VİDEOLAR